» » Zəhərlənənlərdən biri aparıcının oğludur - “Durumu çox pis idi”

Zəhərlənənlərdən biri aparıcının oğludur - “Durumu çox pis idi”

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Zəhərlənənlərdən biri aparıcının oğludur - “Durumu çox pis idi”
Xəbər verdiyimiz kimi, ötən gün Bakı Biznes və Kooperasiya kollecində baş verən yanğın nəticəsində yaxınlıqda yerləşən Kooperasiya Universitetində 9 nəfər (onlardan 4 nəfər nəzarətçi müəllim və 5 abituriyent) tüstüdən zəhərlənib.

Xalqinfo” Musavat.com-a istinadən xəbər verir ki, zəhərlənən abituriyentlərdən biri aparıcı Tahirə Məmmədqızının oğludur. Bu haqda aparıcı özü məlumat verib:

“Oğlumu digər zəhərlənənlərlə birlikdə 1 saylı şəhər xəstəxanasının toksikologiya şöbəsinə apardıq. Hazırda evdəyik. Vəziyyəti qənaətbəxşdir. Xəstəxanaya çatdırılanda durumu çox pis idi. Bir saat bizdən hər şeyi gizlətdilər. Çox qorxdum. Allahıma şükür edirəm ki, hər şey yaxşı qurtardı”.

Zəhərlənənlərdən biri aparıcının oğludur - “Durumu çox pis idi”

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler