» » Ağrıkəsici və sakitləşdiricidən zəhərlənənlər var

Ağrıkəsici və sakitləşdiricidən zəhərlənənlər var

Bölmə: Sosial
Ağrıkəsici və sakitləşdiricidən zəhərlənənlər var
Şəkidə iki nəfər dərmandan zəhərlənib.

Xalqinfo” xəbər verir ki, Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, bu gecə saat 01:00 radələrində Şəki şəhəri, Novruz küçəsi ev 15 ünvanında yaşayan 1993-cü il təvəllüdlü Məryəm Vahid qızı Əlimova, 03:30 radələrində isə Şəki şəhəri S. Ə. Şirvani küçəsi ev 17 ünvanında yaşayan, 1982-ci il təvəllüdlü Elşən Rüstəm oğlu Osmanov dərman zəhərlənməsi ilə xəstəxanaya daxil olublar.

Müayinə zamanı məlum olub ki, M. Əlimova dozadan artıq ağrıkəsici dərman, E. Osmanov isə dozadan artıq əsəb sakitləşdirici dərman qəbul edib. M. Əlimovanın vəziyyəti yüngül olduğundan ona lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb. Vəziyyəti orta-stabil qiymətləndirilən E. Osmanovun müayinə və müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler