» » Qanunsuz ağac kəsirdi, altında qalıb öldü -

Qanunsuz ağac kəsirdi, altında qalıb öldü - Nazirliyin məlumatı

Bölmə: Sosial
Qanunsuz ağac kəsirdi, altında qalıb öldü -
Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin meşə ərazisində qanunsuz ağac kəsən şəxs üzərinə ağac düşməsi nəticəsində iyunun 20-də dünyasını dəyişib. Hadisə saat 16 radələrində Lerik MMBM-nin 15 saylı dolayında baş verib.

Xalqinfo.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinə istinadən xəbər verir ki, Lerik rayonunun Çayrud kənd sakini 1953-cü il təvəllüdlü Tərzan Muradov müəssisənin Vizəzəzmin meşəbəyliyindəki dolaya özbaşına daxil olaraq qanunsuz ağac kəsərkən kəsdiyi ağac onun üzərinə düşüb. Nəticədə T.Muradov yerindəcə keçinib. Ərazisində ağac kəsintisi ilə bağlı məlumat alan Lerik MMBM-nin Vizəzəzmin meşəbəyliyinin 15 saylı dolayının meşə gözətçisi Əflatun Almasov hadisə yerinə gəlib və qanunsuz ağac kəsən şəxsin ağacın gövdəsi altında qaldığının şahidi olub. Meşə gözətçisi dərhal hadisə ilə bağlı müəssisənin rəhbərliyinə və rayon polis şöbəsinə məlumat verib.

Baş vermiş hadisə ilə əlaqədar Lerik rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler