» » Bəzi ali məktəblərdə ixtisas balları aşağı salındı - Siyahı

Bəzi ali məktəblərdə ixtisas balları aşağı salındı - Siyahı

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Bəzi ali məktəblərdə ixtisas balları aşağı salındı - Siyahı
Dövlət İmtahan Mərkəzi (DİM) Nizamnaməsinin 2.1.3. bəndinə əsasən ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisaslar üzrə müsabiqə şərtlərini Təhsil Nazirliyi ilə razılaşdırmaqla müəyyən edir.

Dövlət İmtahan Mərkəzindən Modern.az-a verilən məlumata görə, müsabiqə şərtləri ilə əlaqədar Təhsil Nazirliyinin 13.07.2017-ci il tarixli məktubuna əsasən 2017/2018-ci tədris ili üçün bəzi ali təhsil müəssisələrində müəyyən ixtisaslar üzrə ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur) abituriyentlərin buraxılması nəzərdə tutulmuşdur. Aşağıdakı cədvəllərdə həmin ixtisaslar,onların tədris olunacağı ali təhsil müəssisələri, eləcə də hər bir ixtisas qrupu üzrə ümumi müsabiqə şərtləri ilə tanış ola bilərsiniz.

Qeyd edək ki, ixtisas seçimi iyulun 29-dan avqustun 10-dək həyata keçiriləcək və yaxın günlərdə nəşr olunacaq “Abituriyent” jurnalının 4-cü sayında ixtisas seçimi haqqında elan, müsabiqə şərtləri, qəbul aparılan ixtisaslar və s. haqqında ətraflı məlumat veriləcək.

Müsabiqə şərtləri:

Aşağıdakı cədvəllərdə qeyd olunan ixtisaslar və ali təh­sil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılır (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur):

I ixtisas qrupu üzrə:

Torpaqşünaslıq və aqrokimya

Lənkəran Dövlət Universiteti

Meşəçilik

Lənkəran Dövlət Universiteti
Qərb Universiteti

Aqronomluq

Lənkəran Dövlət Universiteti

Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi

Naxçıvan Dövlət Universiteti

Texnologiya müəllimliyi

Naxçıvan Dövlət Universiteti
Gəncə Dövlət Universiteti

Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi

Azərbaycan Texnologiya Universiteti

Meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi

Qərb Universiteti

Çoxişlənən malların texnologiyası mühəndisliyi

Azərbaycan Texnologiya Universiteti
Azərbaycan Kooperasiya Universiteti

İstehlak mallarının ekspertizası və marketinqi

Azərbaycan Texnologiya Universiteti
Azərbaycan Kooperasiya Universiteti
Qərb Universiteti
Azərbaycan Dövlət Aqrar Universiteti

Poliqrafiya mühəndisliyi

Qərb Universiteti

II ixtisas qrupu üzrə:

Marketinq

Azərbaycan Texnologiya Universiteti
Mingəçevir Dövlət Universiteti
Azərbaycan Kooperasiya Universiteti
Azərbaycan Universiteti
Xəzər Universiteti
"Odlar Yurdu" Universiteti
Bakı Biznes Universiteti
Azərbaycan Dövlət Aqrar Universiteti

Kommersiya

Azərbaycan Kooperasiya Universiteti

Regionşünaslıq (regionlar üzrə)

Qərb Universiteti
Xəzər Universiteti
Bakı Avrasiya Universiteti

Turizm və otelçilik

Naxçıvan Dövlət Universiteti
Gəncə Dövlət Universiteti
Mingəçevir Dövlət Universiteti
Lənkəran Dövlət Universiteti
Bakı Dövlət Universitetinin Qazax filialı
Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı
Azərbaycan Kooperasiya Universiteti
Qərb Universiteti
Xəzər Universiteti
"Odlar Yurdu" Universiteti
Naxçıvan Universiteti

III ixtisas qrupu üzrə:

Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması

Naxçıvan Dövlət Universiteti
Lənkəran Dövlət Universiteti

Sosial iş

Naxçıvan Dövlət Universiteti
Gəncə Dövlət Universiteti
Bakı Dövlət Universitetinin Qazax filialı
Azərbaycan Universiteti
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası

IV ixtisas qrupu üzrə:

Baytarlıq

Lənkəran Dövlət Universiteti

Ekologiya

Lənkəran Dövlət Universiteti
Azərbaycan Kooperasiya Universiteti

Xatırladaq ki, ixtisas qrupları üzrə ümumi müsabiqə şərtləri isə aşağıdakı kimidir:

I və IV ixtisas qrupları üzrə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir im­ta­han fənni istisna olmaqla qalan dörd imtahan fən­ninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yer­lər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az ol­ma­yan) abituriyentlər buraxılır;

II və III ixtisas qrupları üzrə isə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir im­ta­han fənni istisna olmaqla qalan dörd imtahan fən­ninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yer­lər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az ol­ma­yan) abituriyentlər buraxılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler