» » Ölkəmizdə bütöv tayfa müəmmalı şəkildə məhv olub

Ölkəmizdə bütöv tayfa müəmmalı şəkildə məhv olub

Bölmə: Sosial, MANŞET
Ölkəmizdə bütöv tayfa müəmmalı şəkildə məhv olubAzərbaycan ərazisində tarixçilər, arxeoloqlar tərəfindən tariximiz, mədəniyyətimiz öyrənilsə də, hələ də respublikamızın müxtəlif regionlarında öyrənilməmiş izlər qalmaqdadır.

Xalqinfo.az Oxu.Az-ın Sputnik.az-a istinadən verdiyi məlumata əsasən bildirir ki, Şabran rayonunun Dağbilici kəndində qədim qəbiristanlıq yerləşir. Tarixşünasların dediyinə görə, dəqiq tarixi bilinməsə də, qəbiristanlıq orta əsrlərə aiddir.

Dağbilici kənd orta məktəbinin müəllimi Bayram Ağasıyev qəbiristanlığın tarixi haqqında babalarından eşitdiklərini danışıb: “Buranın tarixi haqqında bizə 113 yaşlı babamız danışmışdı. Onun sözlərinə görə, həmin kənddən bir qəbilə keçib. Həmin qəbilədəkilər xan, bəy, pir nəsillərindən olduqlarından, onlara “Xan-bəy” qəbiləsi deyilib. Onların şərəfinə həmin kənd qəbiristanlığı “Xan-Bəy” qəbiristanlığı adlanır”.

Ağasıyevin sözlərinə görə, bu qəbilənin kəndə yerləşmək üçün gəldiyi, yoxsa qonaq olduğu dəqiq bilinmir. Qısa bir zamanda bu qəbilənin bütün üzvləri ölür. Bütöv bir tayfanın xəstəlikdən və ya başqa səbəbdən məhv olması hələ də sirr olaraq qalır. Deyilənə görə, onlarda çoxlu qızıl-gümüş əşyaları olub və onları öz əşyaları ilə birlikdə basdırıblar.

Məlumat üçün bildiriək ki, sözügedən qəbirlərin üstündə müxtəlif yazılar var və onları heç kəs araşdırmayıb. Ona görə də o qəbirlərin tarixi dəqiq bilinmir. Getdikcə o yazılar da silinir və izləri itir. Bu qəbiristanlıq dövlət tərəfindən tarixi abidə kimi qorunur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler