Mingəçevirdə kütləvi zəhərlənməBölmə: Sosial
Dördü azyaşlı, biri hamilə qadın olmaqla 6 nəfər yaxın qohum zəhərlənmə keçirib. Xalqinfo.az Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə Mingəçevirin “Şəfa” bağ massivində qeydə alınıb. Elə zəhərlənən qohumlar da bu ünvanda yaşayır. İlkin məlumata görə, bir süfrədə qarpız, yemiş, kətə yeyib “Cansu” içən qohumlar ağır zəhərlənmə keçirərək təcili xəstəxanaya çatdırılıb. Zəhərlənən şəxslərdən beş nəfərinin adı məlumdur. 2008-ci il təvəllüdlü Mustafazadə Aytac Sadiq qızı 2009-cu il təvəllüdlü Mustafazadə Səbinə Sadiq qızı 2010cu il təvəllüdlü Məmmədzadə Vüsalə Vüsal qızı 2013-cü il təvəllüdlü Məmmədzadə Uğur Vüsal oğlu 1990-cı il təvəllüdlü Məmmədova Aytən Mismir qızı Azyaşlıların dördü də uşaq reanimasiya şöbəsinə yerləşdirilib. Aytən Məmmədovaya Təcili yardım şöbəsində gərəkli tibbi yardım göstərilib. Nəslin adı hələ müəyyənləşməmiş gənc hamilə gəlini isə ginekologiya şöbəsinə göndərilib. Əldə olunan məlumata görə, A.Məmmədovanın və hamilə xanımın durumu stabilləşib, uşaqların müalicəsi isə reanimasiya şöbəsində davam edir. (report) |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|