» » “İstedadlı Əlillər” IB-nin fiziki məhdudiyyəti olan şəxslər üçün təşkil etdiyi kursların təlimi yekunlaşdı


“İstedadlı Əlillər” IB-nin fiziki məhdudiyyəti olan şəxslər üçün təşkil etdiyi kursların təlimi yekunlaşdı

Bölmə: Sosial
“İstedadlı Əlillər” IB-nin fiziki məhdudiyyəti olan şəxslər üçün təşkil  etdiyi  kursların  təlimi yekunlaşdı
“İstedadlı Əlillər” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-ə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Fiziki məhdudiyyəti olan şəxslər üçün peşə hazırlıq kurslarının təşkil edilməsi və məşğulluğun artırılması” adlı layihəsi çərçivəsində üç ay müddətində 1 Saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində təşkil etdiyi “Layihə Universiteti” və “İngilis dili” kursları, eyni zamanda Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına Mərkəzdə təşkil etdiyi komputer kursları yekunlaşdı.

“İstedadlı Əlillər” IB-dən Xalqinfo.az-a daxil olan məlumata əsasən, təşkil olunan kurslarda ümumilikdə 87 nəfər şəxs iştrak etmişdir. Kursları müvəffəqiyyətlə bitirən iştrakçılar uyğun sertifkatlarla təltif edildi.

“Layihə Universitetinin” təlimlərində iştrakçılara layihənin tərtib etməsi, həyata keçrilməsi və layihənin hesabatının hazırlanması qaydaları təlim edildi. Bu təlimin keçirilməsində məqsəd iştrakçılarin öz ideyalarını fərdi qaydada olaraq layihələr şəkilində həyata keçirilməsinin qaydaların öyrətmək, cəmiyyətimizin inkişafinda aktiv fəaliyyət göstərmələrinə stimul vermək, və özünə məşğulluğun inkişaf etdirilməsinə dəstək olmaqdır.

“İngilis dili”nin təlimlərində Paralimpiya idman növü olan BOCCİA idmançılarına və yarışlar zamanı idmançılara dəstək olan könüllülərə ingilis dilinin danışıq lüğəti təlim edildi. Bu təlimlərin təşkil edilməsində məqsəd, Ölkəmizi xaricdə təmsil edən Paralimpiyaçı idmançılara getdikləri ölkələrdə fikirlərini düzgün ifadə etmək, özləri barədə, Ölkəmiz haqqında danışarkən həmsöbətləri ilə ingilis dilində ünsüyyət qurmalarının asanlaşdırılmasıdır. Eyni zamanda gələcəkdə iş fəaliyyəti ilə məşğul olduqları zaman zərurət yarandığı halda xarici dil bilmək inamının olmasıdır.

Komputer kurslarının təlimlərində iştrakçılara bir çox komputer proqramları, komputerdən düzgün istifadə edilməsi, komputerlərin farmat edilməsi, komputerə proqramların düzgün yüklənməsi və digər komputer xidmətlərinin göstərilməsi öyrədildi. Bu təlimlərin təşkil edilməsində məqsəd iştrakçıların müasir texnologiyalar vasitələrindən dünzgün və səmərəli istifsdə etmələrinə dəstək olmaqdır.

Bu təlimlərin gerçəkləşməsində İstedadlı Əlillər İctimai Birliyi adından 1 Saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin rəhbərliyinə və kollektivinə, Şəms Tərcümə Mərkəzinin rəhbərliyinə və kollektivinə, Abşeron Rayon İcra Hakimiyyətinə və Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına Mərkəzinin kollektivinə təşkilatı dəstəyə görə təşəkürümüzü bildiririk.

“İstedadlı Əlillər” IB-nin fiziki məhdudiyyəti olan şəxslər üçün təşkil  etdiyi  kursların  təlimi yekunlaşdı
“İstedadlı Əlillər” IB-nin fiziki məhdudiyyəti olan şəxslər üçün təşkil  etdiyi  kursların  təlimi yekunlaşdı
“İstedadlı Əlillər” IB-nin fiziki məhdudiyyəti olan şəxslər üçün təşkil  etdiyi  kursların  təlimi yekunlaşdı
“İstedadlı Əlillər” IB-nin fiziki məhdudiyyəti olan şəxslər üçün təşkil  etdiyi  kursların  təlimi yekunlaşdı
“İstedadlı Əlillər” IB-nin fiziki məhdudiyyəti olan şəxslər üçün təşkil  etdiyi  kursların  təlimi yekunlaşdı

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler