» » Teleaparıcının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb

Teleaparıcının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb

Bölmə: Sosial
Teleaparıcının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb

Nərimanov Rayon Məhkəməsində teleaparıcı İlham Mirzəyevin barəsində başlanmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Məzahir Sadıqovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsin 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. İ. Mirzəyev isə çıxışında onun barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş edib. Bundan sonra hakimlər müşavirəyə gediblər. Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, İ. Mirzəyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, İ.Mirzəyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler