» » Nişana görə pəncərə silirdi, 5-ci mərtəbədən yıxıldı

Nişana görə pəncərə silirdi, 5-ci mərtəbədən yıxıldı

Bölmə: Sosial
Nişana görə pəncərə silirdi, 5-ci mərtəbədən yıxıldı
Tovuzda qadın bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

Xalqinfo”nun APA-ya istinadən məlumatına görə, Tovuz şəhər sakini, 1996-cı il təvəllüdlü Abbaszadə Nərmin Elçin qızı 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən mənzilinin pəncərə şüşələrini silərkən ehtiyatsızlıqdan yerə yıxılıb.

Ağır xəsarət alan qadın Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, ona tibbi yardım göstərilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, N. Abbaszadə xalası qızının nişan mərasiminə hazırlıq məqsədi ilə evində təmizlik işləri aparırmış.

Faktla bağlı araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler