» » Milli Olimpiya Stadionunda işləyən fəhlələr aksiya keçirir

Milli Olimpiya Stadionunda işləyən fəhlələr aksiya keçirir

Bölmə: Sosial
Milli Olimpiya Stadionunda işləyən fəhlələr aksiya keçirir

Bu barədə məlumatı Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı yayıb.

M.Qəhrəmanlı bildirib ki, stadionun tikintisində iştirak edən podratçı şirkət "OKR Mühendislik İnşaat Taahhüt Elektrik Enerji Makine Sanayi Ticaret Limited Şirketi" Azərbaycandakı filialı işçilərin maaşını vermir. Fəhlələr də buna etiraz olaraq işi dayandırıb. Hazırda aksiya davam edir.

"İşçilәr bu gün sәhәr saat 08:00-da sentyabr ayının әmәk haqqının verilmәmәsinә görә işlәrini dayandırıblar. Şirkәt hal-hazırda yeni tikilәn Bakı Olimpiya stadionunda fәaliyyәt göstәrir. Aksiya davam edir. Müdiriyyət isə işçiləri işdən qovmaqla hədələyir"- deyə M.Qəhrəmanlı öz facebook səhifəsində yazıb.

Təşkilat rəhbəri qeyd edib ki, AƏM-nin 172-ci maddəsinin 5-ci maddəsinə görə hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı 1% məbləğində ödənc verilməlidir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler