» » Müharibə veteranları, şəhid ailələri və əlillərlə görüş

Müharibə veteranları, şəhid ailələri və əlillərlə görüş

Bölmə: Sosial
Müharibə veteranları, şəhid ailələri və əlillərlə görüş
Ahıllara, müharibə veteranları, şəhid ailələri və əlil vətəndaşlara dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən bir sıra tədbirlər keçirilir.

İcra Hakimiyyətindən “Xalqinfo”ya daxil olan məlumata görə, iyul ayının 7-də bir qrup müharibə veteranları, şəhid ailələri, ahıllar və əlillər onlar üçün ayrılmış xüsusi avtobusla Pirşağı qəsəbəsindəki istirahət mərkəzinə gəliblər. Görüşdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva ahılları, müharibə veteranları və şəhid analarını salamlamış, Prezident İlham Əliyevin və birinci vitse-prezidenti Mehriban Əliyevanın ahıl insanlara, veteranlara,şəhid ailələrinə, əlillərə, az aztəminatlı ailələrə göstərdiyi diqqət və qayğıdan danışıb.

Gülarə Verdiyeva bildirib ki, bu gün dövlət ahıl, əlil və xüsusi qayğıya ehtiyacı olan vətəndaşların çoxsaylı sosial proqramlara, o cümlədən, mənzil, reabilitasiya, pulsuz istirahət, texniki-bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunmasını həyata keçirir. Nahar süfrəsi arxasında davam edən görüşdə rayon ağsaqqalı, Böyük Vətən Müharibəsi, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Nəsimi rayon şöbəsinin sədri İsmayıl Fərəcov, Böyük Vətən Müharibəsi veteranı Ağababa İskəndərov, şəhid anası Lətifə Novruzova və digərləri onlara göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Müharibə veteranları, şəhid ailələri və əlillərlə görüş
Müharibə veteranları, şəhid ailələri və əlillərlə görüş

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler