» » Bakıda şəhid bulağı söküldü -

Bakıda şəhid bulağı söküldü - Foto + Yenilənib

Bölmə: Sosial
Bakıda şəhid bulağı söküldü -
Bu gün Yasamal rayonunda şəhid bulağının sökülməsi ilə bağlı redaksiyamıza daxil olmuş məlumatı dəqiqləşdirmək üçün sözügedən əraziyə yollandıq.

Oxu.Az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata əsasən, bulaq, həqiqətən, sökülüb.

Səbəbini öyrənmək üçün cəhd etsək də, heç bir nəticə əldə edə bilmədik. Müxbirimiz obyekt əməkdaşları tərəfindən təzyiqə və təhqirə məruz qaldı. Özünü Hacı kimi təqdim edən obyekt əməkdaşı bulağın sökülməsi və yerində obyektin tikintisi üçün heç kimdən icazə almadıqlarını, tikinti işlərini özbaşına həyata keçirdiklərini bildirdi.

Məsələ ilə bağlı artıq hüquq-mühafizə orqanlarına müraciət edilib.

Hadisəni gündəmdə saxlayacağıq.

18:00

Yasamalda “Şəhid bulağı” sökülərək, yerində kababxana-pivəxana açılıb.

Oxu.Az-a daxil olan məlumata əsasən, sözügedən ərazi Yeni Yasamalda - Talıblı və Şərifzadə küçələrinin kəsişməsində yerləşir.

Məlumatda qeyd edilir ki, həmin ərazidə Qarabağ döyüşlərində qəhrəmancasına həlak olmuş şəhid Allahverdiyev Məhəmməd Şurulla oğlunun xatirəsinə bulaq kompleksi ucaldılmışdı. Bir müddət əvvəl ərazinin bir hissəsi zəbt edilərək, “Qarabağ” adlı kababxana açılıb, eyni zamanda, mal əti satışı ilə məşğul olmağa başlanılıb.

May ayının sonlarında şəhidin adına olan bulaq bir gecə içərisində sökülüb, yerinə masalar düzülərək ərazi kababxananın tərkibinə qatılıb.

“Ərazidə yaşayan qonşuların dəfələrlə irad bildirməsinə baxmayaraq, sahibkar və orada çalışanlar insanları hədələyir, onlarla aqressiv davranırlar”, - şikayətçilərdən biri redaksiyamıza yazdığı məktubunda qeyd edir.

Bakıda şəhid bulağı söküldü -
Bakıda şəhid bulağı söküldü -
Bakıda şəhid bulağı söküldü -
Bakıda şəhid bulağı söküldü -
Bakıda şəhid bulağı söküldü -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler