» » "Cənnət" MTK sakinlərə "cəhənnəm soyuğu" yaşadır... -

"Cənnət" MTK sakinlərə "cəhənnəm soyuğu" yaşadır... - Video

Bölmə: Sosial, BLOK XƏBƏR
"Cənnət" MTK sakinlərə "cəhənnəm soyuğu" yaşadır... -

Xətai rayon General Şıxliniski küçəsinin sakinləri “Cənnət”MTK-nın rəhbərliyindən şikayətçidirlər.

10 ildi inşa olunan 12 mərtəbəli binada yaşayış 6 il bundan əvvəl başlayıb. Binada cəmi 80 ailə yaşayır. Sakinlərin narazılığı bu binada istilik sisteminin olmamasındandır. Amma binada bütün qaz xətləri çəkilib. Kənardan normal şəratli mənzil təsirini bağışlayan bina əslində natamam vəziyyətdədir. Sakinlər bunun səbəbini tikinti işlərini aparan “Cənnət” MTK- nın sədri Sədrəddin İsmayılovda görürlər.

Sakinlər binanın tikintisi üçün ödənilən puldan əlavə qaz üçün də əlavə ən azı 1000 manatdan pul yığıblar. Bəzi saknilərdən 1000 manatdan da çox götürülüb. Pul yığılıb başa çatsada mavi qazın gəlişi hələki başa çatmayıb. Sakinlər dəfələrlə MTK-nın sədri ilədə danışıqlar aparıblar. Amma bu da bir nəticə verməyib. Binada olan problem isə tək qazın yoxluğu deyil. Mənzillərə sənədlərin verliməməsində müsahibləri narahat edən başlıca problemlərdəndir. Ev sənədləri olmadığından binannın azyaşlı sakinlərinədə heç bir qurumlar aryış vermirlər.

“Cənnət” MTK -nın rəhbərliyi isə General Şıxlinski 42 ünvanında qazın olmamamsında səbəbəkar kimi bir başa saknilərin özlərini göstərdi. MTK nin sədri Sədrəddin İsmayil MTK tərəfindən bina üçün bütün şəraitin yaradıldığını lakin saknilərin isə arxitektur qayadalara əməl etmədiyi üçün bu vəziyyətin yarandığını bildirdi.

Sədrəddin İsmayılov tezliklə sənədlərin veriləcəyini də bildirdi. İndi qalır sakinlərə MTK sədri ilə razılaşıb məsələni tezliklə həll etmək. Yoxsa bu ildə soyuq evlərdə qışı keçirməli olacaqlar.ans



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler