» » Bu il doğuş zamanı ölən anaların sayı açıqlandı –

Bu il doğuş zamanı ölən anaların sayı açıqlandı – RƏSMİ

Bölmə: Sosial
Bu il doğuş zamanı ölən anaların sayı açıqlandı –
2017-ci ildə Azərbaycanda doğuş zamanı 11 ana ölümü baş verib.

Xalqinfo.az xəbər verir ki, xəbər verir ki, Respublika Perinatal Mərkəzinin direktoru, Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova APA-ya bildirib ki, bu ilin 6 ayı ərzində baş vermiş 8 ana ölümü araşdırılaraq nəticələri barədə ictimaiyyətə məlumat verilib.

Onun sözlərinə görə, 2017-ci ilin ikinci yarısında 3 ana ölümü baş verib, onların baş vermə səbəblərinin araşdırılması üçün Doğuşayardım Komissiyasına təqdimat hazırlanır: “Yaxın müddətdə Komissiyanın növbəti iclasında həmin ana ölümlərinin səbəbləri araşdırılacaq”.

S. Məmmədova qeyd edib ki, ana ölümlərinə görə tibb işçiləri cəzalandırılır: “Lakin biz Doğuşayardım Komissiyasında ancaq həkimin vəzifə borclarını layiqincə yerinə yetirib-yetirmədiyi, tibbi yardımın göstərilməsini təhlil edirik. Komissiya sadəcə olaraq, həkimin fəaliyyətini, habelə təşkil olunan yardımın keyfiyyətini qiymətləndirir.

Mərhuma hamiləliyin ilk günündən başlayaraq 9 ay ərzində, doğuş zamanı, doğuşdan sonra qulluq göstərən hər bir tibb işçisinin fəaliyyətinə tibbi cəhətdən qiymətləndirmə verilir. Komissiyanın qərarı Tibbi Yardımın Təşkili Şöbəsinə, həkimin çalışdığı müəssisənin rəhbərliyinə göndərilir. Tibb işçilərinin cəzalandırılması isə Tibbi Yardımın Təşkili Şöbəsi və Baş Prokurorluq tərəfindən həyata keçirilir”.

Qeyd edək ki, ötən gün Bakıdakı 7 saylı doğum evində Turanə Məmmədova dünyasını dəyişib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildiriblər ki, T. Məmmədova xroniki qeposkiya diaqnozu ilə doğum evinə gətirilib, o, 4 iyul tarixində qeysəriyyə kəsiyi ilə əməliyyat olunub və 3,3 kq çəkidə diri oğlan uşağı azad olub: “Lakin əməliyyatdan sonra uşaqlıqda kəskin qanaxma baş verib. Bütün lazımi reanimasion tədbirlərin görülməsinə baxmayaraq, zahılıq dövrünün birinci sutkasında qadın ölüb”.

Qeyd olunub ki, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyası tərəfindən müvafiq araşdırma aparılaraq ictimaiyyətə əlavə məlumat veriləcək.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler