» » Xəzər Dəniz Gəmiçiliyindən yaxta turuna qadağa

Xəzər Dəniz Gəmiçiliyindən yaxta turuna qadağa

Bölmə: Sosial
Xəzər Dəniz Gəmiçiliyindən yaxta turuna qadağa
Xəzər Dəniz Gəmiçiliyi Xəzərdə baş tutacaq yaxta turuna icazə verməyib.

Xalqinfo.az xəbər verir ki, bununla bağlı Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC məlumat yayıb.

Məlumatda bildirilir ki, belə bir turun keçirilməsi ilə bağlı quruma hər hansı bir müraciət daxil olmayıb. Cəmiyyətin balansında olan yaxtalardan heç biri sözügedən tur üçün ayrılmayıb. Ümumiyyətlə, dövlət obyekti olan “Yaxt Klub” ərazisindən yaxta və gəmi gəzintiləri təşkil edilmir. Yaxt Klub ərazisinə rəsmi icazəsi olmayan şəxslərin girişi də qadağandır.

AXDG qeyd edir ki, KİV-də yaxta turu ilə bağlı yayılan xəbərə görə məsuliyyət daşımır.

Yaxt Klubdan isə Axar.az-a bildirdilər ki, sözügedən tur təşkil olunacaq. Artıq müraciət edənlər də var:

“Girişin qiyməti 55 manatdır. Uşaqlar üçün giriş pulsuzdur”.

Klubdan, həmçinin, bildirdilər ki, Yaxt Klub ərazisinə giriş üçün rəsmi icazəyə ehtiyac yoxdur: “İstənilən Azərbaycan vətəndaşı klub ərazisinə daxil ola bilər”.

Qeyd edək ki, dünən bəzi KİV-lərdə “Bakıda maraqlı əyləncə: Yaxta turu” başlıqlı xəbər paylaşılıb. Tur xəbərində bildirilir ki, səyahət iyulun 9-da 3 müxtəlif vaxtda baş tutacaq. Toplanış yeri kimi isə Dənizkənarı Milli Parkda yerləşən Yaxt Klubun qarşısı müəyyənləşdirilib. Elə turun da buradan başlanacağı qeyd edilib.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler