» » Qızmar istilər nə vaxta qədər davam edəcək?

Qızmar istilər nə vaxta qədər davam edəcək?

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Qızmar istilər nə vaxta qədər davam edəcək?
Bakı və Abşeron yarımadası, eləcə də bölgələrdə dünəndən isti hava şəraiti müşahidə olunmaqdadır.

“Xalqinfo”nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova APA-ya bildirib ki, isti və günəşli hava şəraiti iyulun 6-dək davam edəcək.

Onun sözlərinə görə, havanın maksimal temperaturu Bakı və Abşeron yarımadasında 35-39, rayonlarda 35-40, Mərkəzi Aran rayonlarında, Naxçıvan Muxtar Respublikasında 41-43, dağlıq rayonlarda 27-32 dərəcə isti olacaq.

G. Məmmədova qeyd edib ki, iyul ayında havanın temperaturu hər zaman yüksək olur: “İyul ayında əvvəllər Bakıda havanın maksimal temperaturu 40 dərəcə olub. Amma hələ ki, rekord göstərici təzələnməyib. Bakıda 37-38, Abşeron yarımadasında 35-39, Mərkəzi Aran rayonları və Naxçıvanda 41-43 dərəcə isti qeydə alınıb”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler