» » "Əməkdaşların mənzillə təmin edilməsi üçün yeni imkanlar araşdırılır"

"Əməkdaşların mənzillə təmin edilməsi üçün yeni imkanlar araşdırılır" Həbibbəyli

Bölmə: Sosial
"Əməkdaşların mənzillə təmin edilməsi üçün yeni imkanlar araşdırılır"
"Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) mənzil bölgüsü ilə əlaqədar narahatlıq keçirən elm adamlarının vəziyyətini başa düşürəm".

Xalqinfo.az "Trend"ə istinadən xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti,akademik İsa Həbibbəyli AMEA əməkdaşlarının mənzil bölgüsü ilə bağlı deyib.

O bildirib ki, uzun illər kirayədə və yataqxanada yaşayan əməkdaşların elmi fəaliyyətlə də səmərəli şəkildə məşğul olmalarını müsbət qiymətləndirirəm. İmkanım daxilində onlardan bir neçəsinə elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi qazanmaqda yaxından köməklik göstərib və dəstək vermişəm.

Milli Elmlər Akademiyası elm adamlarının sosial vəziyyətinin yaxşılaşdırılması, bu sahədə illərdən bəri yığılıb qalmış problemlərin həll edilməsi üçün addımlar atmaqda davam edir. Alimlərimizdən 54 ailəyə mənzil verilməsi son on ildə bu istiqamətdə həyata keçirilmiş ilk mühüm addımlardan biridir. Bütün narazılıqlara baxmayaraq, bu addımı həm də dəyərləndirmək lazımdır.

İ.Həbibbəyli qeyd edib ki, hazırda əməkdaşların mənzillə təmin edilməsi istiqamətində yeni imkanlar araşdırılır. Akademiyaya məxsus torpaq sahələrində çoxmərtəbəli binaların tikilməsi və elm adamları üçün münasib ipoteka yolu ilə əməkdaşlara verilməsi üçün müxtəlif təşkilatlarla iş aparılır.

Aklademik vurğulayıb ki, arzu edərdik ki, ehtiyacı olanların hamısı mənzillə təmin olunsunlar: "Təəssüf ki, illərdən bəri AMEA-da mənzil almaq üçün qeydiyyatı olanların sayı mənzil almış ailələrdən bir neçə dəfə çoxdur. Ona görə də yenə də o fikirdəyəm ki, ilk növbədə daha haqlı olan əməkdaşlar mərhələli şəkildə mənzil almaq imkanı əldə etməlidirlər".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler