» » Odlar Yurdu Universiteti təhsil haqqlarını açıqladı

Odlar Yurdu Universiteti təhsil haqqlarını açıqladı

Bölmə: Sosial
Odlar Yurdu Universiteti təhsil haqqlarını açıqladı
Bu ildən etibarən Odlar Yurdu Universitetində bakalavr və magistr dərəcəsi üzrə təhsilini uğurla tamamlayan gənclər xüsusi attestasiyadan sonra İsveçrənin Swiss Montro Biznes Məktəbinin də diplomunu əldə edəcəklər.

İsveçrənin Swiss Montro Biznes Məktəbinin rektoru Fabio Fusi və Odlar Yurdu Universitetinin rektoru prof. Əhməd Vəliyev iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa dair müqaviləyə imza atmışdır.

Müqaviləyə əsasən Odlar Yurdu Universitetində bakalavr və magistr dərəcəsi üzrə təhsilini uğurla tamamlayan gənclər xüsusi attestasiyadan sonra İsveçrənin Swiss Montro Biznes Məktəbinin də diplomunu əldə edəcəklər.

Eyni zamanda təhsil aldığı dövr ərzində OYU–nun təhsildə fərqlənən tələbə və magistrları İsveçrənin Swiss Montro Biznes Məktəbində, o cümlədən Avropanın digər aparıcı təhsil ocaqlarında qısa müddətli və uzun müddətli proqramların da iştirakçısı ola biləcəklər. Yeri gəlmişkən Odlar Yurdu Universiteti:

•Beynəlxalq Universitetlər Assosiasiyasının üzvüdür.
•Almaniyanın H+ akkreditasiyasına malikdir.
•Türkiyə Cumhuriyyəti YÖK (Yüksek Öyretim Kurulu) tərəfindən tanınır.
•Azərbaycan Təhsil Nazirliyində ilk özəl universitet olaraq Dövlət Akkreditasiyasından uğurla keçmişdir.
•Amerika Birləşmiş Ştatlarının Tibb Təhsil Təşkilatı–FAIMER (Foundation for Advancement of International Medical Education and Research) tərəfindən tanınmışdır.
•Avropa Birliyinin TEMPUS və ERASMUS proqramlarının iştirakçısıdır.
•EURAS–Avrasiya Universitetləri Birliyinin üzvüdür.
•Qafqaz Universitetlər Birliyinin üzvüdür.
•Müasir təhsil texnologiyalarının tətbiqindəki nailiyyətlərə görə Fransa iqtisadiyyatına yardım Assosiasiyasının qızıl medalına layiq görülmüşdür.

Odlar Yurdu Universitetinində mövcud ixtisaslar üzrə təhsil standartları İsveçrənin Swiss Montro Biznes Məktəbinin tədris proqramna uyğunlaşdırılıb.

ABİTURİYENTLƏR ÜÇÜN ODLAR YURDU UNİVERSİTETİNDƏN BÖYÜK MÜJDƏ:

· 600–dən artıq bal toplayıb Odlar Yurdu Universitetinə daxil olacaq bütün abituriyentlər həm Odlar Yurdu Universitetinin, həm də İsveçrənin Swiss Montro Biznes Məktəbinin təhsil haqqından tam azad olunacaqlar;

·500–dən artıq bal toplayıb Odlar Yurdu Universitetinə daxil olacaq abituriyentlərin illik təhsil haqqının 50%–i (1000 AZN), ikili diplom üçün İsveçrə proqramında isə təhsil haqqının 75%–i (600 AVRO) Odlar Yurdu Universitetinin Fondu tərəfindən qarşılanacaq;

·400–dən artıq bal toplayıb Odlar Yurdu Universitetinə daxil olacaq abituriyentlərin təhsil haqqının 25%–i (500 AZN), ikili diplom üçün İsveçrə proqramında isə təhsil haqqının 50%–i (400 AVRO) Odlar Yurdu Universitetinin Fondu tərəfindən qarşılanacaq;

·300–dən artıq bal toplayıb Odlar Yurdu Universitetinə daxil olacaq abituriyentlərin təhsil haqqının 10%–i (200 AZN), ikili diplom üçün İsveçrə proqramında isə təhsil haqqının 25%–i (200 AVRO) Odlar Yurdu Universitetinin Fondu tərəfindən qarşılanacaq.

Bundan əlavə 600 baldan çox toplayan bütün abituriyentlər aylıq 200 AZN təqaüdlə təmin edilir.

Odlar Yurdu Universitetində bakalavr, magistr və doktorantura pillələri üzrə illik təhsil haqqı 2000 AZN, ikinci diplom üçün isə (İsveçrə) illik təhsil haqqı 800 AVRO təşkil edir.

Tələbələr ikili diplom proqramına müraciət etməmək hüququna malikdirlər.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler