» » Mehriban Əliyevanın çağırışından sonra Nərimanovda sahibkarlar bir araya gəldi

Mehriban Əliyevanın çağırışından sonra Nərimanovda sahibkarlar bir araya gəldi

Bölmə: Sosial
Mehriban Əliyevanın çağırışından sonra Nərimanovda sahibkarlar bir araya gəldi
Bu gün Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın 30 may 2017-ci il tarixdə Qaradağ rayonunda məcburi köçkünlər üçün yaşayış kompleksinin təməlqoyma mərasimində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı çıxışındakı sahibkarlar və şirkət rəhbərlərinə ünvanlanan çağırışına dəstək məqsədi ilə Nərimanov rayonunda fəaliyyət göstərən sahibkarların ümumi yığıncağı keçirilib.

"Xalqinfo"nun məlumatına görə, yığıncaqda xeyli sayda MTK-ların rəhbər və nümayəndələri iştirak edib. Rayonun rəhbərliyi və rayon ərazisində tikinti sektorunu təmsil edən sahibkarların qatıldığı tədbiri giriş sözü ilə açan iş adamı “Minera” Şirkətlər Qrupunun prezidenti Xudu Rzayev sahibkarlar adından çıxış edərək prezident İlham Əliyevin və Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində həyata keçirdiyi tədbirlər, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlərin bu kateqoriyadan olan soydaşlarımızın hər zaman diqqət və qayğısı ilə əhatə olunmasının göstəricisi kimi qiymətləndirib.

Tədbirdə çıxış edən İH başçısının müavini Rəşid Ağayev rayonda geniş abadlıq-quruculuq işlərinin davam etdiyini deyib və həyata keçirilən pilot layihələrdən söz açaraq, Nərimanov rayonu ərazisində hazırda 35 bu cür layihənin müvafiq qurumlar tərəfindən qəbul olunduğunu, 12 məhəllədə tikintinin aparıldığını, digər layihələrlə bağlı isə sənədləşmə işlərinin getdiyini söyləyib.

Sonda çıxış edən İcra başçısı Abdin Fərzəliyev rayonda həyata keçirilən pilot layihələrin biznesdə öz möhürünü vurmuş peşəkar şirkətlərdən tərəfindən aparıldığını deyərək əsas məqsədin sakinlərin əvvəlki mənzillərindən fərqli olaraq gözəl şəraitli geniş mənzillərə sahiblənməsi olduğunu vurğulayıb. İcra başçısı eyni zamanda, iş adamı Xudu Rzayevin təşəbbüsü ilə sahibkarlardan ibarət yaradılacaq təşkilatın dövlətimizə, ölkə rəhbərinin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlik müdrik siyasətinə dəstəyin gözəl nümunəsi olduğunu qeyd edib

Mehriban Əliyevanın çağırışından sonra Nərimanovda sahibkarlar bir araya gəldi
Mehriban Əliyevanın çağırışından sonra Nərimanovda sahibkarlar bir araya gəldi
Mehriban Əliyevanın çağırışından sonra Nərimanovda sahibkarlar bir araya gəldi

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler