» » Bakıda həkim səhvinin qurbanı olan xəstənin atası nazirlə görüş istəyir

Bakıda həkim səhvinin qurbanı olan xəstənin atası nazirlə görüş istəyir

Bölmə: Sosial
Bakıda həkim səhvinin qurbanı olan xəstənin atası nazirlə görüş istəyir
Xəbər verdiyimiz kimi, Bakıdakı Respublika Perinetal Mərkəzində müalicə olunan hamilə qadına ciddi problem yaşadıblar.

Belə ki, xəstəxananın Doğum şöbəsinə yerləşdirilən xəstə Sevinc Məmmədlinin sağlamlıq durumu çox pis vəziyyətə gətirilib və sonra ona yardım edilməyib.

Respublika Perinetal Mərkəzində xəstənin qan qrupu +II RH ola-ola, ona - II RH rezuslu qan vurublar. Həmin qan da xəstənin daxili orqanlarını zədələyib. Daxildəki bütün kapilyar damarları partlayıb. Daha sonra isə xəstə Baku Medicial Plaza klinikasına köçürülüb. Xəstə hazırda komadadır.

S.Məmmədlinin atası Məhəbbət Məmmədov Modern.az-a bildirib ki, bu gün Səhiyyə Nazirliyinə müraciət edib.

“Səhiyyə Nazirliyindən mənə dedilər ki, ora özəl xəstəxana olduğuna görə müdaxilə edə bilməzlər. Amma biz istəyiriksə, qızımızı Baku Medicial Plaza klinikasından dövlət xəstəxanasına köçürə bilərlər. Mən isə buna razılıq vermədim. Çünki mənim qızım komadadır. Komada olan insanı harasa köçürmək olarmı? Mənim qızım komadan ayılsın, daha sonra isə onların dedikləri ilə razıyam. Səhiyyə Nazirliyindən onu dedilər ki, nazirin məni qəbul edəcəyinə köəm göstərəcəklər”.

M.Məmmədov Respublika Perinetal Mərkəzindən ona heç bir köməkliyin edilmədiyini deyib.

“30 min manat borc etmişəm. Qızım Respublika Perinetal Mərkəzində əməliyyat olunduqdan sonra böyrəyi sıradan çıxıb. Mən onlara sağ uşaq verib, ölü aldım. İndi isə xəstəxana bizə heç bir köməklik etmir”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler