» » Şagirdlərin qiymətləndirilməsində dəyişiklik ediləcək -

Şagirdlərin qiymətləndirilməsində dəyişiklik ediləcək - Açıqlama

Bölmə: Sosial
Şagirdlərin qiymətləndirilməsində dəyişiklik ediləcək -
"Bir neçə il bundan əvvəl məktəblərdə formativ qiymətləndirmənin ləğvi bürokratik əngəlləri aradan qaldırmış oldu. Çünki formativ qiymət jurnalları vaxtı ilə müəllimlərə baş ağrısı yaradan alət kimi qəbul edilirdi".

Xalqinfo.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.

O bildirib ki, summativ qiymətləndirmə ilə bağlı bu gün də bir sıra problem var.

"Bu məsələdə valideynlərin və cəmiyyətin fərqli istəkləri var. Bütün valideyenlər övladının yaxşı qiymət almasını istəyir. Hətta övladının 4 əvəzinə 5 alması üçün ən yüksək instansiyalara müraciət edirlər və bundan çəkinmirlər. Həmin valideynlər bəzən qiymətləndirmənin mahiyyətindən uzaqlaşırlar. Yavaş-yavaş şagirdin qiymət davasından uzaqlaşmaq lazımdır".

Emin Əmrullayev qeyd edib ki, bu yay ərzində məktəblərdə şagirdlərin qiymətləndirilməsi formasına dəyişiklik edilməsi nəzərdə tutulur.

"Aşağı siniflərdə imtahan yükünü azaltmaq lazımdır. Qiymətləndirmə ilə bağlı şagirdlər arasında rəqabət mühiti yaransa da, onların əməkdaşlığını da təmin etmək lazımdır".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler