» » "Bəzi məktəblərdə vəziyyət həqiqətən gərgindir"

"Bəzi məktəblərdə vəziyyət həqiqətən gərgindir" Təhsil İdarəsinin müdiri

Bölmə: Sosial
"Bəzi məktəblərdə vəziyyət həqiqətən gərgindir"
“Məktəblərdə sıxlıqla bağlı problemlər hələ də davam edir. Bu yalnız Təhsil Nazirliyinin problemi deyil, ümumiyyətlə ərazidə məskunlaşma ilə bağlı bir problemdir".

Xalqinfo.az xəbər verir ki, bu sözləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva bildirib.

O deyib ki, sentyabr ayına qədər 8 məktəbdə əsaslı təmir işləri başa çatacaq.

"Binəqədi rayonundakı 179 nömrəli məktəbin yerləşdiyi ərazidə hələ də sıxlıq davam etməkdədir. Bu gün həmin məktəbə şagird qəbulunda sıxlıq. Müşahidə edilir. Yalnız 179 nömrəli məktəbdə deyil, eyni zamanda ərazidə 2 il bundan əvvəl istifadəyə verilən 182 nömrəli məktəbdə də sıxlıq özünü göstərir. Binəqədi rayonu ərazisində yerləşən 205 nömrəli məktəbdə də analoji olaraq sıxlıq müşahidə edilir. BŞİH ümümiyyətlə məktəblərdəki şagird sıxlığı ilə bağlı məsələni hər zaman təhlil edir və öz növbəsində Təhsil Nazirliyi qarşısında məsələni daim səsləndirir. Bu məsələ ilə bağlı müvafiq qurumlara müraciət edirik. Güman edirik ki, məsələ qısa müddətdə həllini tapacaq. Adını çəkdiyimiz məktəblərdə vəziyyət həqiqətən də gərgindir".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler