» » Birinci vitse-prezident işə qarışdı - Şəhidin borcu bağlandı

Birinci vitse-prezident işə qarışdı - Şəhidin borcu bağlandı

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Birinci vitse-prezident işə qarışdı - Şəhidin borcu bağlandı

Bir qədər əvvəl “Para” BOKT ASC-nin Aprel şəhidi Xaliq Əzizzadəni kreditə görə məhkəməyə verməsi ilə bağlı xəbər vermişdik. Bildirilirdi ki, şəhidin adına Xətai Rayon Məhkəməsindən borcu barədə bildiriş gəlib və o, ödəmədiyinə görə məhkəməyə çağırılıb.

Xalqinfo.az xəbər verir ki, məsələ ilə bağlı deputat Qənirə Paşayeva sosial şəbəkədə status yazaraq bundan narahatlığını bildirib. Bir müddət sonra millət vəkili artıq problemin həll edildiyi barədə məlumat yayıb.

O qeyd edib ki, hazırda şəhidin ailəsi ilə bərabər bankdadır: “Bankın rəhbərliyi ilə görüşdük. Bank borcu öz üzərinə götürdü və hazırda bununla bağlı sənədlər hazırlanır. Hardasa 100 min manata yaxın borcdan söhbət gedir”.

Deputat bildirib ki, məsələ Birinci Vitse-Prezident Mehriban Əliyevanın da reaksiyasına səbəb olub: “Məsələ Mehriban xanımın diqqətindədir. Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov da şəhidin anası ilə danışdı və onların problemləri ilə maraqlandı. Artıq problem arxada qaldı”.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler