» » Daşkəsən məktəbində qəribə olay:

Daşkəsən məktəbində qəribə olay: Direktor arıları məktəbə yığdı

Bölmə: Sosial
Daşkəsən məktəbində qəribə olay:
Daşkəsənin Bayan kəndində yerləşən ümumi orta məktəbin həyəti az qalsın arıçılıq təsərrüfatına çevriləcək.

Xalqinfo.az baku.ws-yə istinadən xəbər verir ki, artıq bir müddətdir ki, məktəbin həyətinə arı təknələri yığılıb. Vəziyyətdən sakinlər şikayət etsə də məktəbin direktoru vəzifəsini icra edən Emin İdilxanov məsələnin süni şişirdildiyini iddia edir.

Onun sözlərinə görə bu addımın atılmasında məqsəd sırf yolda qalan birinə kömək etmək olub. Məktəbdə yay tətili başladığını deyən direktoru məsələni ciddi problem hesab etməyi lüzumsuz görür.

Ərazi dağlıq, yaşıllıqdır. Arı yeşiklərini yığmağa da kifayət qədər münbit yer olsa da direktor məktəbi daha əlverişli hesab edib.

Məsələ ilə bağlı Təhsil Nazirliyi ilə əlsaqə saxladıq. Təhsil Nazirliyinin QHT və KİV-lərlə iş sektorunun müdiri Cəsarət Valehov bu məsələnin araşdırılacağını dedi.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler