» » Bu gündən deaktiv mobil nömrələrin bərpası pullu oldu

Bu gündən deaktiv mobil nömrələrin bərpası pullu oldu

Bölmə: Sosial
Bu gündən deaktiv mobil nömrələrin bərpası pullu oldu
Bu gündən etibarən fakturasız (SimSim) xətt sisteminə aid ləğv edilmiş nömrələrin bərpa əməliyyatı ödənişli olacaq.

Xalqinfo.az xəbər verir ki, Xidmət haqqı 1 (bir) AZN təşkil edəcək.

Qeyd edək ki, əgər nömrə adınıza rəsmləşdirilibsə, bərpa əməliyyatı üçün 5 AZN nominallı danışıq kartı ilə yaxınlaşmalısınız. Həmin məbləğ balansa yüklənilir.

Əgər nömrə digər şəxsin adına rəsmləşdirilibsə, o zaman (050) prefiksli nömrələr üçün 20 AZN, (051) prefİksli nömrələr üçün isə 10 AZN dəyərində danışıq kartı ilə ofislərə müraciət olunmalıdır. Bərpa olunacaq nömrə adınıza rəsmləşdirilir və təqdim etdiyiniz danışıq kartı həmin nömrənin balansına yüklənilir.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler