Hökumət Evi bir həftə işləməyəcəkBölmə: Sosial
Bakıda keçiriləcək Formula-1 üzrə Azərbaycan Qran-Prisi ilə əlaqədar Hökumət Evində yerləşən dövlət qurumları bir həftə işləməyəcək. Xalqinfo.az Report-a istinadən xəbər verir ki, orada fəaliyyət göstərən nazirlik, komitə və digər dövlət müəssisələrinin əməkdaşları bir həftəlik tətilə buraxılacaqlar. İşçilərin tətili iyunun 21-dən 28-dək davam edəcək. Bu müddət ərzində Hökumət Evinə giriş qadağan olunacaq. Artıq dövlət qurumlarının əməkdaşlarına sabahdan işə gəlməməklə bağlı tapşırıq verilib. Ayın 29-dan Hökumət Evində iş bərpa ediləcək. Qeyd edək ki, Formula-1 üzrə Azərbaycan Qran-Prisi iyunun 23-dən 25-dək keçiriləcək. Hökumət Evi yarışların keçirildiyi əsas zonada yerləşir. Qran-Pri həmin binanın qarşısından start götürəcək. Xatırladaq ki, Hökumət Evində Energetika, İqtisadiyyat, Kənd Təsərrüfatı, Mədəniyyət və Turizm nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və digər qurumlar yerləşir. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|