Evlərin kirayəsi bahalaşıbBölmə: Sosial
Azərbaycanda mənzillərin kirayə haqqı bir xidmət üzrə orta aylıq 93,67 manat təşkil edib. Xalqinfo.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ay kirayə haqqı 1,2% bahalaşıb. Müqayisə üçün bildirək ki, kirayə haqqları yanvarda 3,5%, fevralda 0,1%, martda 1,2% artıb. Qeyd edək ki, may ayında kirayə haqqlarının bahalaşması həm də ölkədə təşkil olunan beynəlxalq əhəmiyyətli idman oyunları ilə əlaqədar olub. Belə ki, ölkəyə turist axını kirayə mənzillərin qiymətlərinə təsir edib. Ekspertlərin rəyinə görə, xüsusilə paytaxtın mərkəzində 1-2 otaqlı mənzillərin kirayəsi 50%-dən çox bahalaşıb. Leyla Həsənova |
XƏBƏR LENTİ
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|