» » İtmiş insanları polis yox, neyroşəbəkə tapacaq

İtmiş insanları polis yox, neyroşəbəkə tapacaq

Bölmə: Sosial
İtmiş insanları polis yox, neyroşəbəkə tapacaq
Hazırda itmiş şəxslərin axtarışı ilə polis və sosial xidmətlər məşğul olur. Lakin tezliklə maşınlar mürəkkəb alqoritmlərin köməyilə, hətta bir neçə il əvvəl itmiş insanları tapmaqda yardım edəcək.

Xalqinfo.az ict.az-a istinadən xəbər verir ki, yeni neyroşəbəkə insan sifətinin dodaqlar, alın, yanaqların forması və s. kimi xüsusiyyətlərini müqayisə edir.

Sistem əldə olunmuş məlumatlara əsasən, insanın zamanla necə dəyişə biləcəyini təhlil etməyə başlayır. Bundan əlavə, proqram, hətta qohumların xarici görünüşünə dair məlumatları, qocalma prosesinin fərdi əlamətlərini və digər xüsusiyyətləri nəzərə alır ki, bu da onu bütün mövcud analoqlarından fərqləndirir.

Tədqiqatçılar bildiriblər ki, yeni alqoritmi cinayətkarların axtarışı üçün də istifadə etmək mümkündür. Onlar nümunə kimi 1991-ci ildə Yunanıstanın Kos adasında itmiş 21 aylıq körpə Ben Nidhemin fotosundan istifadə ediblər. Ben tapılmasa da, sistem onun 20 il sonra necə görünə biləcəyi haqda təxmini təsəvvür yarada bilib.

“Biz sistemdə yüz minlərlə şəxsin sifətinin onların müvafiq yaşlarını göstərən təsvirlərini yerləşdiririk. Bundan sonra insanın qocalma prosesini görən neyroşəbəkə təsvirləri yaşa görə yaradır. Bu, olduqca sürətli üsuldur. Hazırda bütün mövcud alqoritmlər xətti və ya birölçülü metodlardan istifadə edir. Bizim neyroşəbəkənin xətti olmaması onu hər bir konkret insan üçün daha uyğun edir”, – deyə layihə müəlliflərindən biri Əli Mayna Buxar bildirib.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler