» » Rusiya bu dəfə də Azərbaycan pomidorlarını bəyənmədi

Rusiya bu dəfə də Azərbaycan pomidorlarını bəyənmədi

Bölmə: Sosial
Rusiya bu dəfə də Azərbaycan pomidorlarını bəyənmədi
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti Azərbaycan istehsalı olan pomidorda xəstəlik aşkarlayıb.

Xalqinfo.az apa-ya istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Azərbaycan istehsalı olan məhsulda Cənubi Amerika güvəsi aşkarlanıb. Qurum rəsmiləri bəyan ediblər ki, təxminən 20 tona yaxın məhsulda ziyanvericinin olduğu təsdiqini tapıb.

Yoxlamanın nəticəsi olaraq məhsul sahibinə qanunun tələblərinə uyğun dezinfeksiya işləri aparmaq tapşırılıb.

Qeyd edək ki, Rusiya yerli pomidor istehsalçılarını qoruyacağını bəyan etmişdi.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler