» » Bakıda kreditini ödəyə bilməyən şəxsi girov götürdülər

Bakıda kreditini ödəyə bilməyən şəxsi girov götürdülər

Bölmə: Sosial
Bakıda kreditini ödəyə bilməyən şəxsi girov götürdülər

Paytaxtın Nizami rayonunda yaşayan vətəndaş Bəhruz Sadiqi iki il əvvəl bankdan kredit götürüb. Lakin ödənişdə gecikmələr olduğu üçün bank tərəfindən məhkəməyə verilib.

Xalqinfo.az Xəzər TV-yə istinadən məlumatına görə, Bəhruz Sadiqi icra məmuru ilə danışaraq deyilən məbləği ödəyəcəyini bildirib.

Lakin bank kollektor agentliklərdən birinə müraciət edərək, Bəhruzdan kredit borcunu almasını istəyib.
“Bakı Kollektor Agentliyi”nin əməkdaşları bu gün səhər razılığa gəlmək üçün onu ofisə dəvət ediblər. Bəhruzun sözlərinə görə, telefonda mülayim danışsalar da, ofisə çatdıqdan sonra ona müxtəlif təzyiqlər göstərməyə başlayıblar. Hətta mobil telefonunu əlindən alaraq bir neçə saat girov da saxlayıblar. Günorta isə ona başqa bir telefon veriblər ki, zəng vurub pul istəsin.

Yalnız polis əraziyə gəldikdən və borcu ödəyəcəyinə dair ərizə yazdırdıqdan sonra agentliyin əməkdaşları Bəhruzu buraxıblar.

Telekanalın əməkdaşları “Bakı Kollektor Agentliyi”nin də mövqeyini öyrənməyə çalışsalar da, onlar çəkilişə maneə olublar. Ərazi üzrə Nəsimi rayonu 19-cu polis bölməsindən isə bildirilib ki, Bəhruz Sadiqi və yoldaşları bölməyə dəvət ediliblər, araşdırma aparılır.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler