» » Dövlət İmtahan Mərkəzindən bakalavrlara xəbərdarlıq

Dövlət İmtahan Mərkəzindən bakalavrlara xəbərdarlıq

Bölmə: Sosial
Dövlət İmtahan Mərkəzindən bakalavrlara xəbərdarlıq
Dövlət İmtahan Mərkəzi (DİM) bakalavrlara xəbərdarlıq edib. DİM-in mətbuat xidmətindən Xalqinfo.az-a verilən məlumata görə,2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına ixtisaslaşma seçimi bu gün saat 23:59-da başa çatır.

“İxtisaslaşma seçiminə 9 iyun tarixindən start verilib və bu proses 19 iyun saat 23:59-dək davam edəcək. İxtisaslaşmaları seçib hələ təsdiq etməyən, eləcə də ixtisaslaşmaların müsabiqəsində iştirak etmək istəyən, lakin hələ ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, qeyd olunan müddətdə ərizələrinin təsdiqini təmin etsinlər.

Müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler