» » Dövlət İmtahan Mərkəzində 1500-dən çox vakant dövlət qulluğu vəzifəsi var

Dövlət İmtahan Mərkəzində 1500-dən çox vakant dövlət qulluğu vəzifəsi var

Bölmə: Sosial
Dövlət İmtahan Mərkəzində 1500-dən çox vakant dövlət qulluğu vəzifəsi var
“Hazırda Dövlət İmtahan Mərkəzində dövlət qulluğu üzrə 1500-dən çox vakant yer var”.

Xalqinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda keçirilən tədbirdə çıxışında deyib.

M. Abbaszadə qeyd edib ki, dövlət qulluğunda informasiya texnologiyaları üzrə kadrlara daha çox ehtiyac var.

Onun sözlərinə görə, dövlət qulluğuna qəbul 10 ildən çoxdur ki, müsabiqə yolu ilə aparılır: “Hazırda dövlət qulluğu vəzifəsini tutanların 6 mindən çoxu bu vəzifələri müsabiqə yolu ilə tutub”.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler