» » 700 bal toplayan gəncə “Kaspi”dən təqaüd

700 bal toplayan gəncə “Kaspi”dən təqaüd

Bölmə: Sosial
700 bal toplayan gəncə “Kaspi”dən təqaüd
Respublikanın ən qabaqcıl və sürətlə inkişaf edən təhsil təşkilatlarından biri olan “Kaspi” Təhsil Şirkəti bu gün 10 yaşını qeyd etdi. Şirkət yubiley tədbirini Gənc Tamaşaçılar Teatrında ədəbi-bədii gecə şəklində keçirib.

"Xalqinfo"ya daxil olan məlumata görə, “Kaspi” Təhsil Şirkəti üçün bu gün demək olar ki, ikiqat bayram idi: çünki, bu gün şirkətin tərkibinə daxil olan, 2014-cü ildə fəaliyyətə başlamış “Kaspi”Liseyi də ilk məzunlarını buraxırdı. Həm yubiley, həm də məzun gecəsinin qeyd olunduğu tədbirdə şirkətin işçi kollektivi, məzunlar və onların valideynləri ilə yanaşı onlarla ictimai xadim, mədəniyyət nümayəndələri və digər görkəmli şəxslər də iştirak edirdi.

Tədbirin açılış sözünü söyləyən şirkətin təsisçisi Sona Vəliyeva “Kaspi” nin yaranma tarixindən, missiyasından və gələcək hədəflərindən bəhs edib.

Gecədə şirkətin 10 illik tarixini əks etdirən video-çarx göstərilmiş, “Kaspi” liseylərinin incəsənət dərnəyinin şagirdləri tərəfindən hazırlanmış kompozisiyalar, rəqslər, səhnəciklər nümayiş olunmuş, xor şəklində mahnılar səsləndirilmişdir.

“Kaspi” Təhsil Şirkətinin direktoru Elnur Əliyev hesabat xarakterli çıxışı ilə gələn qonaqları məlumatlandırmış, əsasən, şirkətin 10 il ərzində əldə etdiyi nailiyyətlərin əldə olunma səbəblərinə köklənmiş və qazanılmış bütün uğurlarda iştirak edən hər kəsə öz minnətdarlığını bildirmişdir.
Tədbirdə Kaspi Abituriyent kurslarında təhsil alaraq 700 bal toplamış tələbə Vahab Cəbrayılov da xüsusi mükafatla təltif olunub, həmçinin o, yenicə təsis olunmuş “Kaspi” təqaüdünü də şirkət adından qəbul edib. Bundan başqa, tədbirdə iştirak edən Təhsil Nazirliyinin nümayəndəsi “Kaspi” Liseylərinin beynəlxalq olimpiada və yarışlarda qalib gəlmiş şagirdlərinə mükafatlar və diplomlar təqdim edib.

Qeyd edək ki, “Kaspi” Təhsil Şirkəti medianı da unutmamışdır. Belə ki, 10 il ərzində şirkətə informasiya dəstəyi göstərən media nümayəndələrinə də millət vəkili Əflatun Amaşov tərəfindən diplomlar verilib, onlara xüsusi təşəkkürlər ifadə olunub.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler