» » Gəncəlilər qurtuluşu belə qeyd etdi -

Gəncəlilər qurtuluşu belə qeyd etdi - Video + Fotolar

Bölmə: Sosial
Gəncəlilər qurtuluşu belə qeyd etdi -
Gəncədə 15 iyun “Milli Qurtuluş Günü” təntənə ilə qeyd edilib.

Gəncə RİH-dən “Xalqinfo”ya verilən məlumata görə, bayram tədbiri Gəncə şəhər Heydər Əliyev Park-Kompleksindəki Amfiteatrda təşkil olunub.

Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhər ictimayyətinin nümayəndələri, şəhər ziyalıları iştirak edib. Həmçinin tədbirə 2016/2017-ci tədris ilində Gəncə şəhər tam orta məktəblərini bitirən məzunlar və təhsil işçiləri də qatılıb.

Mərasimdə çıxış edən icra başçısı Elmar Vəliyev əlamətdar günlə bağlı gəncəliləri və “Son zəng” münasibəti ilə məzunları təbrik edib.

Daha sonra icra başçısı Elmar Vəliyev 2016/2017-ci tədris ilində ən yüksək nəticələr əldə etmiş şagird və məzunlara mükafat və hədiyyələr təqdim edib.

Bayram tədbiri F.Əmirov adına Gəncə Dövlət Filarmoniyası və Gəncə şəhər tam orta məktəbləri məzunlarının konsert proqramı ilə yekunlaşıb.

Gəncəlilər qurtuluşu belə qeyd etdi -
Gəncəlilər qurtuluşu belə qeyd etdi -
Gəncəlilər qurtuluşu belə qeyd etdi -


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler