» » “Azərsu”dan şəhid ailəsi ilə bağlı nümunəvi addım

“Azərsu”dan şəhid ailəsi ilə bağlı nümunəvi addım

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
“Azərsu”dan şəhid ailəsi ilə bağlı nümunəvi addım
Bir neçə gün öncə, Mingəçevirdə şəhidin adını daşıyan bulağda sayğac quraşdırılması ilə bağlı xəbər cəmiyyətdə birmənalı qarşılanmamışdı.

Belə ki, məhəllə sakinlərinin təşəbbüsü ilə şəhid Şaiq Mustafayevin xatirəsinə çəkilən bulağa 6 ay əvvəl sayğac quraşdırılmış və şəhidin həyat yoldaşı Arzu Mustafayeva bulaqdan daim su gəlməsi üçün hər ay 5 manat ödəyiyini açıqlamışdı.

Xalqinfo.az-ın Mingəçevir sakinlərindən əldə etdiyi məlumata görə, artıq məsələ öz həllini tapıb. Belə ki, bulağa quraşdırılmış sayğac yerində qalsa da, şəhidin adına açılmış bulağın su sərfiyyatına görə ödəniləcək məbləğ “Azərsu” tərəfindən qarşılanacaq.


Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətinə müraciət edən Xalqnfo.az-ın əməkdaşına məlumatın doğru olduğu təsdiqlənib.

Xatırladaq ki, Mingəçevirin mərkəzində ümumilikdə, 6 bulaq var. Yerli sakinlər sayğac quraşdırılması ilə yanaşı, bulaqlarda suyun tez-tez kəsliməsindən də şikayət edirlər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler