» » "Milli Qurtuluş Günü" münasibətilə tədbir -

"Milli Qurtuluş Günü" münasibətilə tədbir - YAP Şəmkir rayon təşkilatı

Bölmə: Sosial
"Milli Qurtuluş Günü" münasibətilə tədbir -
YAP Şəmkir rayon təşkilatı Milli Qurtuluş Günü münasibətilə Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsi ilk partiya təşkilatında dəyirmi masa keçirib.

Tədbir Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinin inzibati binasının akt zalında keçirilmişdir.

Xalqinfo.az-a daxil olan məlumata əsasən Tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir rayon təşkilatı sədrinin müavinləri Məcid Şıxlıniski, Aybəniz Nəsibova, Ayaz İbrahimov, Azad Şərifov, YAP Şəmkir rayon təşkilatı idarə heyətinin üzvləri, YAP Şəmkir rayon təşkilatı Aparatın işçiləri və YAP fəalları iştirak etdilər.

Tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev “Milli Qurtuluş Günü bütün bayramlarımızın açarıdır” mövzusunda məruzə ilə çıxış edib. O, Milli Qurtuluş Gününün dövlətçilik tariximizə dönüş nöqtəsi kimi daxil olduğunu qeyd edib. Bildirib ki, 1993-cü il iyunun 15-də müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın tarixinə "Milli Qurtuluş Günü" kimi daxil olub. Məhz 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə yenidən gələn Ulu Öndər Azərbaycanı parçalanmaqdan, məhv olmaq təhlükəsindən və vətəndaş müharibəsindən xilas edib. Dahi lider ölkədə siyasi sabitliyin yaradılmasına, Ermənistan tərəfindən aparılan elan olunmamış qanlı müharibənin dayandırılmasına və atəşkəsə nail olub. Azərbaycanın müqəddəratının həll edildiyi ən ağır günlərdə üzləşdiyi çətinliklərdən xilas olması, vətəndaş qarşıdurmasının aradan qaldırılması, ictimai-siyasi sabitliyin və inkişafın təmin olunması, dünya birliyində layiqli yer tutması məhz ulu öndərin yenilməz iradəsi, böyük ürəkli vətən oğlunun öz xalqı qarşısında misilsiz fədakarlığı sayəsində mümkün olub. Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi və siyasi uzaqgörənliyi nəticəsində müstəqilliyimizin və dövlətçiliyimizin əsası qoyulub, Azərbaycan güclü bir dövlətə çevrilib. Ulu öndər Heydər Əliyevin ikinci dəfə ölkəyə rəhbərlik etdiyi 10 il Azərbaycanın ən yeni tarixinə sosial-iqtisadi yüksəliş dövrü kimi yazılıb. Bu dövr ərzində ümummilli lider Heydər Əliyev ölkəmizi təhlükə və çətinliklərdən qurtararaq ardıcıl inkişaf yoluna çıxarıb. Bu illər ərzində ictimai-siyasi sabitlik təmin olunub, iqtisadi inkişafa geniş meydan açılıb, ölkəyə xarici sərmayələr cəlb edilib, dövlət idarəçiliyi mexanizmi yenidən yaradılıb, nizami ordu qurulub, genişmiqyaslı siyasi, hüquqi, iqtisadi, sosial və mədəni islahatlar həyata keçirilib, ölkə iqtisadiyyatının dinamik inkişafı təmin edilib.

Həmçinin dövlətimiz dünya birliyində layiqli yerini tutub, bölgədə geosiyasi mövqelərini möhkəmləndirərək böyük beynəlxalq nüfuz qazanıb. Prezident İlham Əliyev ulu öndərin siyasi-ideoloji kursunu layiqincə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin etməklə, Azərbaycanın inkişaf strategiyasını uğurla həyata keçirməklə, müstəqilliyimizi möhkəmləndirməklə, dövlətçiliyimizi qüdrətləndirməklə Heydər Əliyevin ideyalarını yaşadır, inkişaf etdirir, ölkəmizi aydın sabahlara aparır. Tarixin amansız və sərt sınaqları dövründə dünyanın ayrı-ayrı ölkələrinə səpələnərək yaşamaq məcburiyyətində qalmış azərbaycanlıların birlik və həmrəyliyinin əldə edilməsi işində Heydər Əliyevin müstəsna xidmətləri var. O, dünya azərbaycanlılarının təşkilatlanması və onların bir Vətən - müstəqil Azərbaycan ətrafında sıx birləşməsi üçün daim və əzmlə səy göstərib, bu istiqamətdə son dərəcə qiymətli qərarlar qəbul edib.

Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planlar artıq Azərbaycanın gerçəkliyinə çevrilib.

Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi var. Heydər Əliyev bizim müstəqil ölkənin vətəndaşı olmaq səbəbkarımızdır. Bu faktın özü hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Heydər Əliyev, eyni zamanda, taleyin xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir. O, Azərbaycanın tarixi inkişaf prosesinə təkan verib. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaradıb. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq.

Fəxrəddin Vəliyev qeyd edib ki, bütün bunları isə zamanın dahisi, böyük xilaskar Heydər Əliyev siyasətinin təntənəsi hesab etməliyik. Heydər Əliyev siyasəti yolumuza daim işıq saçır, bizi zəfərlərə aparır. Azərbaycanın güclü, qüdrətli dövlətə çevrilməsi, regionların sürətlə müasirləşməsi, xalqın rifah halının günbəgün yaxşılaşdırılması Milli Qurtuluş Gününün bizlərə bəxş etdiyi bəhrələridir. Odur ki, qədirbilən xalqımız hər zaman Qurtuluş Gününü əziz tutur, bu bayramı böyük sevinc və fərəh hissi ilə qeyd edir. Çünki ulu öndərimiz Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən qurtulub, Milli Qurtuluş yüksək intibaha açılan qapı kimi tariximizdə yeni bir səhifə açıb. Bu səhifə isə bu gün olduğu kimi, gələcəkdə də müstəqil Azərbaycanın əsas inkişaf modeli olacaq. Əlbəttə ki, qazanılan bütün nailiyyətlərin əsasında ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı ulu öndər Heydər Əliyevin layiqli siyasi varisi Prezident İlham Əliyevin etibarlı əllərindədir.

Tədbirdə digər çıxış edənlər "Milli Qurtuluş Günü"nün ictimai-siyasi, tarixi əhəmiyyətindən və bugünkü müstəqil, güclü Azərbaycan dövləti Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli lider Heydər Əliyevin yadigarından bu böyük şəxsiyyətin ölkəmizin qüdrətlənməsinə, xalqımızın rifah halının daha da yaxşılaşdırılmasına yönəlmiş siyasəti bu gün dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıblar

"Milli Qurtuluş Günü" münasibətilə tədbir -
"Milli Qurtuluş Günü" münasibətilə tədbir -
"Milli Qurtuluş Günü" münasibətilə tədbir -
"Milli Qurtuluş Günü" münasibətilə tədbir -
"Milli Qurtuluş Günü" münasibətilə tədbir -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler