» » Nəsimidə 2 “Abad həyət” sakinlərin ixtiyarına verildi

Nəsimidə 2 “Abad həyət” sakinlərin ixtiyarına verildi

Bölmə: Sosial
Nəsimidə 2 “Abad həyət” sakinlərin ixtiyarına verildi
15 iyun- Qurtuluş günü ərəfəsində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən H.Seyidzadə küçəsi 29 və 9 ünvanlarında 2 ha –dan artıq sahədən ibarət 2 “Abad həyət” Nəsimi rayon sakinlərinin ixtiyarına verilib.

İH-dən “Xalqinfo”ya daxil olan xəbərə görə, bu ünvanlarda 4 bloklu, 60 mənzilli, beşmərtəbəli 2 binanın fasadı, dam örtüyü və zirzəmiləri əsaslı təmir edilmiş, binanın blok girişləri, blok qapıları və pəncərələri yenilənib. Yaşıllaşdırma işləri aparılıb və həyətə gül-çiçək əkilib. Sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsi, istirahətləri üçün söhbətgah quraşdırılıb.

Sakinlərlə görüşdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva bildirib ki, bu gün ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti Nəsimi rayonunda da uğurla davam etdirilir. Gülarə Verdiyeva qeyd edib ki, bu istiqamətdə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən son 3 ay ərzində rayonun müxtəlif ünvanlarında 15 “Abad həyət” sakinlərin istifadəsinə verilib.

Hal-hazırda Nəsimi rayonunun ayrı-ayrı ünvanlarında 13 yüksəkmərtəbəli binaların fasadlarında əsaslı təmir işləri və binaların həyətlərində abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri davam etdirilir.

Nəsimidə 2 “Abad həyət” sakinlərin ixtiyarına verildi

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler