» » Bakı Nəqliyyat Agentliyi yolda olan sərnişinlərə iftar açdı

Bakı Nəqliyyat Agentliyi yolda olan sərnişinlərə iftar açdı

Bölmə: Sosial
Bakı Nəqliyyat Agentliyi yolda olan sərnişinlərə iftar açdı
İftar zamanı yolda olan sərnişinlər üçün Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində çay masası təşkil edilib.

Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyi İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.

O qeyd edib ki, iftar vaxtı Mərkəzdə olan sərnişinlər masaya yaxınlaşaraq onlara təklif edilən su, çay və xurmadan istifadə edə bilərlər. Aksiya Bakı Nəqliyyat Agentliyinin təşkilatçılığı ilə keçirilir.

Bakı Nəqliyyat Agentliyi bir daha müqəddəs Ramazan ayında xalqımıza ən xoş diləklərini yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler