» » Azərbaycan yeyinti məhsullarının idxalını artırdı

Azərbaycan yeyinti məhsullarının idxalını artırdı

Bölmə: Sosial, İqtisadiyyat
Azərbaycan yeyinti məhsullarının idxalını artırdı
Bu ilin yanvar-may ayları ərzində Azərbaycana 526,53 mln. ABŞ dolları dəyərində yeyinti məhsulları idxal olunub.

Xalqinfo.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yeyinti məhsulları idxalında illik müqayisədə 6,8% artım qeydə alınıb.

Hesabat dövründə ət idxalı 2,9 dəfə artaraq 29,447 mln. dollar, süd - 77% artaraq 4,865 mln. dollar, kərə yağı və süddən hazırlanmış digər yağlar - 4,3% artaraq 25,089 mln. dollar, çay - 20,9% artaraq 17,7 mln. dollar, meyvə-tərəvəz - 1,4% artaraq 69,336 mln. dollar, şəkər - 16% artaraq 59,85 mln. dollara çatıb. Bu müddətdə buğda idxalı 38,6% azalaraq 64,294 mln. dollar təşkil edib.

Qeyd edək ki, yeyinti məhsullarının cəmi idxalda xüsusi çəkisi ötən ilin müvafiq dövründə qeydə alınan 14,80%-dən 18,69%-ə yüksəlib.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler