Bakı-Şamaxı-Muğanlı yolunun genişləndirilməsi yekunlaşırBölmə: Sosial
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bir hissəsində aparılan genişləndirmə işləri yekunlaşmaq üzrədir. Xalqinfo.az xəbərinə görə, bu barədə Trend-ə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. Qurum rəsmisi bildirib ki, artıq yolun 45-91-ci kilometrində işlər yekunlaşıb: “Bu ilin sonuna qədər işləri yekunlaşdırmağa çalışırıq. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-95-ci kilometrlik hissəsi 2 hərəkət zolaqlı idi. Həmin yol 4 hərəkət zolaqlı olacaq. Artıq yolun 45-91-ci kilometrliyində işlər yekunlaşıb. Hazırda yolun 13-15-ci kilometrliyində genişləndirilmə işləri aparılır. İlin sonuna kimi yolun 45-91 və 13-15-ci kilometrliklərində aparılan genişləndirilmə işləri başa çatdırılacaq və yol istifadəyə veriləcək. Hazırda yolun 15-45-ci kilometrliyində də aparılan işlər sürətləndirilib. İşlər sürətlə gedərsə, 13-91-ci kilometrlik hissə tam olaraq ilin sonunda sürücülərin istifadəsinə veriləcək. Əgər işlər yekunlaşdırılmasa, yolun 15-45-ci kilometrlik hissəsi isə gələn ilin əvvəlində istifadəyə veriləcək”. Qeyd edək ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax hissəsi ötən il istifadəyə verilib. Yolun Bakı-Şamaxı-Muğanlı hissəsində isə ötən il genişləndirilmə işlərinə başlanılıb. Leyla Həsənova |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|