» » Bu avtomobil yolu yenidən qurulur

Bu avtomobil yolu yenidən qurulur

Bölmə: Sosial
Bu avtomobil yolu yenidən qurulur
Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun yenidən qurulması işlərinə start verilib.

“Azəravtoyol” ASC-dən “Xalqinfo”ya daxil olan məlumata görə, 2 hərəkət zolaqlı olan yolun eni 8-10 metr arası dəyişir. Layihə çərçivəsində hazırda yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, yolun hərəkət hissəsi hazır olan hissələrə yeni asfat-beton örtüyünün döşənməsi işləri görülür. Yola ümumilikdə 2 qat olmaqla 12 sm qalınlığında 175 min kv m. asfalt örtüyü döşənəcək.

Yenidənqurma işləri zamanı zəruri olan yerlərdə yolun yararsız qruntu qazılaraq çıxarılacaq, bunun əvəzinə karbonat materialı tökülərək yenidən kipləşdirmə işləri görüləcək. Həmçinin vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yolun yaşayış məntəqələrindən keçən hissələrində 1.5 m enində yeni piyada səkiləri inşa olunacaq, kənarlarına isə səki daşları düzülüb hərəkət hissəsi asfaltlanacaq.

Bu avtomobil yolu yenidən qurulur

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler