» » ”Milli Qurtuluş” günü münasibətilə tədbir -

”Milli Qurtuluş” günü münasibətilə tədbir - YAP Şəmkir rayon təşkilatında

Bölmə: Sosial
”Milli Qurtuluş” günü münasibətilə tədbir -
YAP Şəmkir rayon təşkilatı 15 iyun ”Milli Qurtuluş” günü münasibəti ilə Düyərli kənd 1-saylı məhəlli ilk partiya təşkilatında tədbir keçirib.

Tədbir Şəmkir rayonu Düyərli kənd 1-saylı tam orta məktəbin təşkilatı akt zalında keçirildi.

YAP Şəmkir rayon təşkilatından Xalqinfo.az-a daxil olan məlumatda bildirilir ki, tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir rayon təşkilatı sədrinin müavinləri Məcid Şıxlıniski, Aybəniz Nəsibova, Ayaz İbrahimov, Azad Şərifov, YAP Şəmkir rayon təşkilatı idarə heyətinin üzvləri, YAP Şəmkir rayon təşkilatı Aparatın işçiləri, ilk partiya təşkilat sədrləri və YAP fəalları iştirak etdilər.

Tədbir iştirakçıları ilk öncə ümummilli lider Heydər Əliyevin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər.

Sonra tədbiri YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev giriş sözü ilə açaraq 15 iyun ” Milli Qurtuluş” günü münasibətilə 1993-cü ilin iyun hadisələrindən danışaraq, Ulu Öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində Azərbaycanın parçalanmaq təhlükəsindən qurtulduğunu, əmin-amanlığa və siyasi sabitliyə nail olunduğunu diqqətə çatdırdı.

Qeyd edərək, vurğuladı ki, Qurtuluş Günü inkişafın başlanğıcı, əhalinin yüksəlişinin əsası qoyulan həlledici gündür:

“Ümummilli lider Heydər Əliyevin hakimiyyətə dönüşü hər bir Azərbaycan vətəndaşının həyatında müsbət dəyişikliyə səbəb olan xoşbəxt gələcəyin açarıdır. Məhz buna görə də, Qurtuluş Günü Azərbaycanın həyatında tarixi dönüş günüdür və ölkənin ictimai-siyasi həyatında açılmış yeni səhifədir".

Çıxış edən YAP Şəmkir rayon təşkilatı sədrinin müavini Məcid Şıxlıniski bildirdi ki, 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.

YAP Şəmkir rayon təşkilatı sədrinin müavini Ayaz İbrahimov çıxışında qeyd etdi ki, Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaradıb, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanıb. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmış, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salınmış, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunub.

Sonda YAP Şəmkir rayon təşkilatı sədrinin müavini Aybəniz Nəsibova, Düyərli kənd 2-saylı tam orta məktəbin müəllimi, YAP Qadınlar Şurası idarə heyətinin üzvü İlhamə İbrahimova, Düyərli kənd 1 saylı tam orta məktəbin müəllimi Sədaqət Ələsgərova çıxışlarında bildirdilər ki, Heydər Əliyevin rəhbərliyi altında aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycan xalqının taleyi ilə pərdəarxası oyunlara, siyasi anarxiya və eksperimentlərə son qoyulmuş, ölkədə cinayətkarlığın qarşısı tam alınmış, bütün qanunsuz silahlı dəstələr ləğv olunmuşdu ki, bunlar da bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaratmışdı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı Heydər Əliyevin qətiyyəti sayəsində alınmış, dövlət müstəqilliyi qorunub saxlanmışdır. Məhz buna görə də ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət almışdı ki, bunun da əsasını müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiya təşkil edirdi. Ondan sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi şəxsən Heydər Əliyevin adı ilə bağlıdır.

”Milli Qurtuluş” günü münasibətilə tədbir -
”Milli Qurtuluş” günü münasibətilə tədbir -
”Milli Qurtuluş” günü münasibətilə tədbir -
”Milli Qurtuluş” günü münasibətilə tədbir -
”Milli Qurtuluş” günü münasibətilə tədbir -
”Milli Qurtuluş” günü münasibətilə tədbir -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler