» » Quranda olan bu adları uşaqlara qoymaq olmaz

Quranda olan bu adları uşaqlara qoymaq olmaz

Bölmə: Sosial
Quranda olan bu adları uşaqlara qoymaq olmaz
Müsəlman şərqində dini adların uşaqlara verilməsi çox geniş yayılıb. Bu həm müqəddəs şəxslərə ehtiram hesab olunur, həm də belə düşünülür ki, bu cür adların daşıyıcıları həmin adların sahiblərinin himayəsində olacaqlar. Bəzi inanclı insanlar yeni doğulan uşaqlar üçün Quran açdırır, orada qarşısına ilk çıxan sözü və ya adı seçirlər. Bəs Quranda qeyd olunmuş bütün adları uşaqlara qoymaq olarmı?!

Xalqinfo.az bu suala cavab axtarıb.

Əvvəla onu qeyd edək ki, insana qoyulan ad həm bu dünyada, həm də axirətdə keçərlidir. Məhəmməd Peyğəmbər (s.ə.v.) gözəl adlar qoymağın önəmini belə izah edib: “Sizlər qiyamət günündə özünüzün və ata-ananızın adları ilə çağırılacaqsınız. Ona görə də övladlarınıza gözəl adlar qoyun”.

Ona görə də sadəcə bu ad Quranda mövcuddur, deyə uşaqlara verilməməlidir. Əvvəlcə o adların mənası araşdırılmalı, uyğun olub-olmadığına qərar verilməlidir.

Məsələn, Quranda mövcud olan və hazırda şərqdə çox yayılmış Sənəm adı “büt” deməkdir. Türkiyədə populyar ad olan Aleyna adı “bəla, sıxıntı” mənasındadır. Daha bir türk adı Kəzban “yalançı” anlamına gəlir. Yəni qız övladına Kəzban adı qoyan valideyn onun hər iki dünyada daim “Yalançı”, deyə çağırılmasına imkan yaradır. Bizdə bu ad Tükəzban olaraq qoyulur. Quranda bu söz belədir: Tükəzziban – mənası “siz yalan danışırsız, yalançısız”.

Harun adı – harın sözündəndir. Rümeysa isə gözü xəstə, zəif olan deməkdir.

Lakin Şəfa adı isə - söz olaraq həm Quranda dəfələrlə işlədilir, həm də çox kəlimələrimizdə istifadə olunur. Bu adın mənası insanlara yardım göstərmək, dua etmək, sağlamlıq deməkdir. Bu ad kimlərə qoyulursa, adın sahibindən hər kəs müsbət enerji ala bilər və ya ruzu dolu olarlar, hər kəsə düşərli olarlar. Hər yerə sevinc bəxş edər, üzü gülər olar.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler