» » Bakıda 254 yüksəkmərtəbəli yaşayış binasının tikintisinə başlanıb

Bakıda 254 yüksəkmərtəbəli yaşayış binasının tikintisinə başlanıb

Bölmə: Sosial
Bakıda 254 yüksəkmərtəbəli yaşayış binasının tikintisinə başlanıb
“Azmərtəbəli, qəzalı vəziyyətdə olan və yaşayış üçün yararsız tikililər sökülərək onların yerində yeni yaşayış binalarının tikilməsi "Pilot layihə"si çərçivəsində Səbail, Nərimanov, Nəsimi, Xətai, Nizami, Suraxanı və Yasamal rayonlarında planlaşdırma layihələri komitə tərəfindən razılaşdırılmış 254 yüksəkmərtəbəli yaşayış və qeyri-yaşayış tikililərindən artıq 45-nin tikintisinə (əsasən də nöqtəvari tipli tikinti kimi) başlanılıb”.

Xalqinfo.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov “Pilot layihə”lərin həyata keçirilməsi ilə bağlı Bakı şəhərinin 9 rayonunun İcra Hakimiyyəti nümayəndələrinin, layihə institutları və aparıcı layihə təşkilatlarının mütəxəssislərinin iştirakı ilə keçirilən iclasında çıxışı zamanı bildirib.

O deyib ki, tikinti işləri gedən 45 obyektin sahəsinin planlaşma həlli üçün 60 hektar ərazi nəzərdə tutulub: “Tikintisi başa çatdıqdan sonra burada yaşıllıq sahələri, istirahət və idman meydançaları, avtomobil dayanacaqları və piyada yolları, mühəndis kommunikasiyaları və qurğuları ilə təmin olunmuş, abadlaşdırılmış həyəti olan yaşayış kompleksləri yaranmalıdır”.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler