» » Paytaxtda açılan iş yerlərinin və işçilərin sayı bəlli oldu

Paytaxtda açılan iş yerlərinin və işçilərin sayı bəlli oldu

Bölmə: Sosial
Paytaxtda açılan iş yerlərinin və işçilərin sayı bəlli oldu
Bu ilin birinci rübündə Bakı şəhərində 19947 yeni iş yerləri açılıb.

Xalqinfo.az Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, onlardan 19601-i daimi iş yerləridir. İlk rübdə açılan iş yerləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 66,5% artıb.

Hesabat dövründə Bakı şəhəri üzrə siyahı tərkibində olan işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14 min 998 nəfər artaraq 699 min 287 nəfər olub.

Birinci rübdə ötən ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi 7,4% artaraq 763,9 manata çatıb.

Bakıda ən yüksək maaş Səbaildə- 1 417,1, ən aşağı Binəqədidə - 425,0 verilir

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler