» » Nazirlik jurnalistləri Qax və Şəkiyə apardı -

Nazirlik jurnalistləri Qax və Şəkiyə apardı - Fotolar

Bölmə: Sosial
Nazirlik jurnalistləri Qax və Şəkiyə apardı -
Kənd Təsərrüfatı Nazirliyi media nümayəndələrini ölkəmizdə baramaçılıq sahəsində görülən işlərlə tanış etmək məqsədi ilə iyunun 6-da Qax və Şəki rayonlarına media-tur təşkil edib.

Xalqinfo” xəbər verir ki, jurnalistlər əvvəlcə Qax Damazlıq İpəkçilik Stansiyasında olublar. Diqqətə çatdırılıb ki, 2017-ci ildə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tender müqaviləsi əsasında Çin Xalq Respublikasından 6 min qutu yüksək keyfiyyətli hibrid ipəkqurdu sənaye toxumları (qrena) tədarük edilib və apreldə Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulub. Barama toxumlarından 99-100 faiz səviyyəsində yüksək keyfiyyətli ipəkqurdları əldə edilib və bəslənilmək üçün respublikanın 31 rayonunun 739 kəndini əhatə edən 3013 kümçü ailəsinə əvəzi ödənilmədən paylanılıb.

Qaxda təşkil edilən media-tur zamanı jurnalistlərə müsahibəsində Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib ki, bu il Azərbaycanda 130 tona yaxın barama istehsal edilməsi qarşıya hədəf olaraq qoyulub. Aparılan müşahidə və təhlillər göstərir ki, cari mövsümdə nəzərdə tutulduğundan 2-2,5 dəfə çox, yəni 250-300 ton barama istehsalı gözlənilir. Yerlərdən alınan son məlumata görə, bu günədək istehsalçılardan 80 tondan artıq yaş barama məhsulu qəbul edilib. Halbuki ötən il ölkə üzrə ümumi barama istehsalı 71 ton olub.

Bu ildən Abşeron rayonunda da baramaçılığın inkişafı ilə əlaqədar tədbirlər həyata keçiriləcək.

Sonra media-tur iştirakçıları stansiyada ipəkqurdlarının yemlənməsi, həmçinin istehsalçılardan yaş barama məhsulunun qəbul edilməsi prosesləri ilə əyani şəkildə tanış olublar. Böyük Alatəmir kəndində kümçü ailəsində olub, ipəkqurdlarının bəslənilməsi prosesini izləyiblər.

Jurnalistlər səfərin sonunda “Şəki-İpək” ASC-nin fəaliyyəti ilə tanış olublar.

Nazirlik jurnalistləri Qax və Şəkiyə apardı -
Nazirlik jurnalistləri Qax və Şəkiyə apardı -
Nazirlik jurnalistləri Qax və Şəkiyə apardı -
Nazirlik jurnalistləri Qax və Şəkiyə apardı -
Nazirlik jurnalistləri Qax və Şəkiyə apardı -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler