» » Hüquq-mühafizə orqanlarının internet resursları təkmilləşdirilir

Hüquq-mühafizə orqanlarının internet resursları təkmilləşdirilir

Bölmə: Sosial
Hüquq-mühafizə orqanlarının internet resursları təkmilləşdirilir
Hüquq-mühafizə orqanları əməkdaşlarının müsbət obrazını yaradan, onun cəzaverici deyil, xilaskar olmasını formalaşdıran televiziya proqramlarının və filmlərin çəkilişi və yayımlanması, onların peşəkar fəaliyyətinin televiziya kanallarında mütəmadi işıqlandırılması genişləndiriləcək.

Xalqinfo.az məlumatına görə, bu, “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planında nəzərdə tutulub.

Həmçinin, hüquq-mühafizə orqanları əməkdaşlarının baş vermiş cinayət hadisələrinə və törədilən qayda pozuntularına qarşı biganəliyi, qeyri-operativliyi, vəzifə borcunun icrasına səhlənkar münasibəti halları ilə mübarizənin gücləndirilməsi və Azərbaycan Respublikası vətəndaşlarının hüquq-mühafizə orqanlarına xidmətə qəbulunda şəffaflığın artırılması Tədbirlər Planında yer alıb.

Tədbirlər Planında bundan əlavə hüquq-mühafizə orqanlarının internet resurslarının təkmilləşdirilməsi, informasiyaların ən azı iki xarici dilə (ingilis və rus dillərinə) tərcümə edilməsi, bu resurslarda korrupsiya ilə mübarizə, iş adamlarının müraciətlərinə baxılması, onların hüquqlarının pozulması, fəaliyyətlərinə maneçilik halları üzrə cavab tədbirlərin görülməsinə dair məlumatların yerləşdirilməsi də nəzərdə tutulub.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler