Qadınlar niyə kişilərdən az maaş alır? - Nazir səbəbini açıqladıBölmə: Sosial
“Azərbaycanda qadınların əmək haqları kişilərə nisbətən aşağıdır. Bu da onların daha çox dövlət sektorunda olan işləri seçməsi ilə əlaqədardır. Tibb sahəsində çalışanların 86 faizi, təhsil sahəsində çalışanların isə 73 faizi qadınlardır”. Xalqinfo.az xəbər verir ki, bunu Azərbaycanın Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin Bakıda təşkil etdiyi “Avropa sosial xartiyası prizmasından Azərbaycanda sosial, iqtisadi hüquqların mühkəmləndirilməsi” milli parlament seminarında deyib. Nazir qeyd edib ki, qadınlar daha çox dövlət sektorunda işləməyi seçirlər: “Maaşın azlığı da buna görədir. Çünki özəl sektorda maaş daha çoxdur. Yəni, onlara qadın olduğuna görə az maaş verilmir”. Leyla Həsənova |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|