» » Xarici Kəşfiyyat Xidmətinin emblemi təsdiqləndi

Xarici Kəşfiyyat Xidmətinin emblemi təsdiqləndi

Bölmə: Sosial
Xarici Kəşfiyyat Xidmətinin emblemi təsdiqləndi
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin emblemi haqqında" fərman imzalayıb. Xalqinfo.az xəbər verir ki, sənədlə “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin emblemi haqqında Əsasnamə” təsdiq edilib.

Əsasnamədə qeyd olunub ki, Xarici Kəşfiyyat Xidmətinin emblemi xarici kəşfiyyat orqanlarının rəmzidir. O, Xidmətin hər bir əməkdaşına Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş kəşfiyyat fəaliyyəti üzrə öz xidməti vəzifələrini vicdanla və layiqincə yerinə yetirmək borcunu xatırladır. Emblem xarici kəşfiyyat orqanları əməkdaşlarının, həmçinin silah, xüsusi vasitə, texnika və digər əmlakın Xidmətə mənsubiyyətini bildirən nişandır. Emblem Xidmətin blanklarında, xarici kəşfiyyat orqanlarının inzibati binalarının adı göstərilən lövhələrində, geyim formasında və fərqlənmə nişanlarında yerləşdirilir. Emblemin təsvirindən Xidmətin çap məhsullarında, kino, video və fotomateriallarında və Xidmətin sifarişi ilə hazırlanan reklam-informasiya və suvenir məhsullarında (bukletlər, təqvimlər, nişanlar, vımpellər, saatlar, medalyonlar, dəftərxana ləvazimatları, suvenirlər və digər məhsullar) istifadəyə yol verilir.

Xarici Kəşfiyyat Xidmətinin emblemi göy (peyğəmbərçiçəyi) haşiyəli tünd göy dairə formasındadır. Dairənin kənarında qövs boyunca tünd qızılı hərflərlə yuxarıda “AZƏRBAYCAN RESPUBLİKASI”, aşağıda “XARİCİ KƏŞFİYYAT XİDMƏTİ” sözləri yazılıb. Dairənin ortasında səkkiz yerdən qızılı qadaqla bərkidilmiş, göy (peyğəmbərçiçəyi) haşiyəli tünd göy rəngli dairəvi qalxan təsvir edilib. Qalxanın dairəyə nisbəti 5:6-dır. Qalxanın mərkəzində qızılı rəngdə səkkizguşəli ulduz, onun üzərində tünd göy rəngli dairənin fonunda qızılı rəngdə aypara və ayparanı bütöv bir dairə şəklində tamamlayan qızılı rəngdə qılınc təsviri var. Ulduzun guşələrinin ucları qalxanın hüdudları ilə məhdudlaşır. Ayparanın daxilində üzərində meridian və paralellərin kəsişdiyi qızılı rəngdə kürə təsvir olunub. Kürənin yuxarı sağ dörddə birində qövs şəklində Azərbaycan Respublikası Dövlət bayrağının rəngləri əks etdirilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler