» » Böyrək, qaraciyər və sinir sisteminin fəaliyyətini yaxşılaşdıran

Böyrək, qaraciyər və sinir sisteminin fəaliyyətini yaxşılaşdıran gilasın faydaları

Bölmə: Sosial, MARAQLI
Böyrək, qaraciyər və sinir sisteminin fəaliyyətini yaxşılaşdıran
Qiymətindən çox da şikayətlənməyin, çünki gilasın sağlamlıq üçün faydaları qiymətindən qat-qat dəyərlidir. Orqanizm üçün vacib maddələrlə zəngin olan gilası qida rasionuna daxil etməklə insan ona lazım olan bir çox vitaminləri daha “dadlı” şəkildə qəbul etmiş olur.

Xalqinfo.az "Meyvələrdən 3 meyvə var" rublikasının növbəti yazısında gilasın faydalarından bəhs edir.

Gilas böyrək xəstəlikləri zamanı olduqca faydalıdır. Sidikqovucu xassəyə malik olan gilas yüksək qan təzyiqindən əziyyət çəkənlər üçün xeyirlidir.

Gilasın əsas faydalarından biri də odur ki, o damarlarda tıxacların yaranmasının qarşısını alır.

Qırmızı gilasa nisbətdə ağ gilasda qlükoza daha çoxdur. Şəkərli diabet xəstələri bunu diqqətdə saxlamalıdırlar.

Qanazlığı (anemiya) olanların gilasdan daha çox istifadə etmələri məsləhətdir.

Gilas sinir sisteminə də müsbət təsir göstərir, fiziki yorğunluğu aradan qaldırır və normal yuxunu təmin edir.

Qaraciyəri təmizləməklə yanaşı gilas həm də onun fəaliyyətini yaxşılaşdırır.

Gilas həmçinin maddələr mübadiləsini tənzimləyir, həzm posesini normallaşdırır.

Artıq çəkidən yaxa qurtarmaq istəyənlər də çəkinmədən gilas yeyə bilərlər. Çünki 100 qram gilas orqanizmə cəmisi 50 kilokalori verir.

Gilas öz tərkibinə görə orqanizmin immun sisteminin güçlənməsinə də müsbət təsir göstərir.

Gilasın daha bir xeyri görmə qabiliyyətinin yaxşılaşdırması və zehni fəaliyyətə müsbət təsir göstərməsidir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler